DSX generalları İkinci Şəhidlər xiyabanını ziyarət edib - FOTO
Vətən müharibəsinin ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və qurumun rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə qovuşan Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərlərinə gül dəstələri düzülüb.