Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis polkovnikini təqaüdə göndərib.
Oxu.az məlumatına görə, nazirin imzaladığı müvafiq əmrə əsasən, polis polkovniki Faiq Şabanov Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsindən azad olunub.
Qeyd edək ki, F.Şabanov 2013-2018-ci illərdə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.
DİN-dən məlumat təsdiq edilib.