Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
"Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, DİN-in Baş Kadrlar İdarəsinin rəis müavini, polis polkovniki Rüfət Həsənov daxili işlər orqanlarında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a təsdiqləyiblər.