DataLife Engine / Deputat da “Pikap”ların yığılmasından danışdı

Deputat da “Pikap”ların yığılmasından danışdı

Deputat da “Pikap”ların yığılmasından danışdı


Milli Məclisin deputatı Erkin Qədirli vətəndaşlara məxsus “Pikap” ban növlü avtomobillərin səfərbərlik və müharibə üçün yığılması barədə gedən müzakirələrə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir  ki, deputat bildirib ki, pikapların müharibə məqsədləri üçün mülkiyyətçilərdən alınması qanunda nəzərdə tutulub:

“Bu başqa ölkələrdə də var.  Amma polisin gördüyü iş düzgün deyil. Bunu belə etməzlər. Öncə gərək Prezident səfərbərlik elan etsin (səfərbərlik yalnız şəxslərə deyil, onların mülkiyyətinə də aid oluna bilir). Prezident bunu etməyib. Odur ki, polis bu kontekstdə qanunu pozur. Polis bunu həmin maşınları qeydiyyata almaq üçün edirsə, onun daha asan və rahat yolu var. Pikap və bu sayaq avtomobillərin qeydiyyatı alqı-satqı və ya bağışlanma mərhələsində olmalıdır. Bu mərhələdə avtomobil polis qeydiyyatına alındığı kimi, eyni zamanda (vahid elektron sistemdə) hərbi qeydiyyata da alınmalıdır. Bu dövlət üçün də, mülkiyyətçilər üçün də rahat olar”.
23-09-2020, 10:04
Вернуться назад