Ermənistan Azərbaycanla dövlət sərhəddinin şimal-qərb bölgəsində Tavuş əyalətindən əhalinin Azərbaycana sərhəddə yaxın əhalinin köçürülməsi barədə xüsusə sənəd imzalayıb.
“News.am” xəbər verir ki, əhalinin Azərbaycanla sərhəddən köçürülməsi ilə əlaqədar olaraq Tavuş vilayətinin qubernatoru Ayk Qalumyan fərman imzalayıb. İmzalanmış fərmanda nəzərdə tutulan planda qeyd olunur ki, köçürüləcək əhalinin yaş qruplarına görə sayılması, köçürüləcək ərazilərdə əhalinin yerini, ərzaq və digər zəruri əşyalarla təminatın müəyyən edilməsi əksini tapıb. Sənədə əsasən əhalinin sərhəddən 10km dərinliyə köçürülməsi nəzərə alınması da qeyd olunub.