Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırıq və göstərişlərinə əsasən Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti ən qısa zamanda qardaş Türkiyəyə göndəriləcək.
Bunu Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktayla arasında telefon danışığı olan zaman deyib.
Həmçinin bildirilib ki, göndərilən yardımların arasında helikopterlər, digər lazımi avadanlıq və ləvazimatlar yer alıb.