DataLife Engine / Qarabağ məsələsində Ankara və Moskvanın mövqeyi - "Ermənistanın bu ssenarisi mümkünsüzdür"

Qarabağ məsələsində Ankara və Moskvanın mövqeyi - "Ermənistanın bu ssenarisi mümkünsüzdür"

Qarabağ məsələsində Ankara və Moskvanın mövqeyi - "Ermənistanın bu ssenarisi mümkünsüzdür"


“Qarabağ məsələsində Ankara ilə Moskva arasında heç bir fikir ayrılığı yoxdur. Əksinə, hər iki ölkə münaqişə dövründə əla dərəcədə yaxşı fəaliyyət göstərdi və bu da nəticə etibarı ilə Rusiya Türkiyə münasibətlərinə faydası oldu. Ona görə də hər iki ölkə Azərbaycanla Ermənistan arasında etimad yaratmaq üçün fəaliyyətlərini davam etdirməlidirlər”.

Bunu Türkiyənin Maltəpə Universitetinin professoru Həsən ünal “Lenta.Ru”ya müsahibəsində deyib. 

Azərbaycanla Türkiyə arasında müttəfiqlik barəsində imzalanan Şuşa Bəyannaməsi ilə bağlı məsələyə aydınlıq gətirən türkiyəli professor deyib ki, əvvəla, bu bəyannamə Rusiyaya qarşı yönəlməyib: “Bu bölgədəki baş verən mövcud hadisələrini özündə əks etdirir. Bu barədə danışarkən onu da qeyd etmək lazımdır ki, əslində, Ankara on illərdir Bakını müdafiə edib. Ancaq bu, yalnız Azərbaycan öz müdafiəsi üçün addım atarkən, torpaqlarını müdafiə etdikdə və ya geri alanda işləyir. Yoxsa bu sənəd Azərbaycanı hansısa münaqişəyə sövq etmək üçün deyil. Fikrimcə, Türkiyə və Rusiya bu məsələdə həmfikirdir. Odur ki Azərbaycanın əraziləri azad etməsinə gəlincə, Ankara ilə Moskva arasında heç bir anlaşılmazlıq yoxdur”.

H. Ünal düşünmür ki, Azərbaycan kiminsə hücumundan qorxsun: “Yeganə təhlükə mənbəyi Ermənistan idi. İndi isə Ermənistanın gücünü toparlayıb hücuma keçməsi, ehtimalı çox azdır. Bu, demək olar ki, mümkünsüz bir ssenaridir. Və Azərbaycanın özünün Ermənistana hücum etdiyi bir ssenari müzakirə mövzusu belə deyil. Artıq Azərbaycan öz ərazilərini geri qaytarıb”.

Azərbaycan və Türkiyə lideləri, Əliyevlə Ərdoğan arasındakı münasibətlərə gəldikdə Həsən Ünal bildirib ki, çox yaxşı əlaqələr mövcuddur və bu da türk dünyasında lider olmaq istəyinə deyil, əməkdaşlıq formatı axtarışına xidmət edir: "Heç kim türk dünyasının lideri olmayacaq, bu sadəcə mövcud deyil. Bu əməkdaşlıq məsələsində Türkiyə digər ölkələrdən fərqli olaraq daha faydalı rol oynaya bilər”.

Ərdoğanın türk dünyasının lideri və ya bir növ birləşdirici güc olmaq istəyi ilə bağlı suala gəldikdə H. Ünal deyib ki, o belə düşünmürəm: “Birləşdirici güc dedikdə nəyi nəzərdə tutursunuz? Türk dünyası onsuz da mövcuddur və birdir. Bunlar müstəqil ölkələrdir. Rusiyadakı türk toplumları təkcə keçmiş sovet respublikaları ilə deyil, türk dünyası ilə yaxşı əməkdaşlıq edir. Əgər siz pantürkizmdən danışırsınızsa, bu, çox təhlükəlidir. Digər tərəfdən isə mən türk dünyasında pantürkizmin üstünlük qazanması üçün şərait görmürəm. Bu da qəbuledilməzdir. Çünki bu, Rusiya, Çin və İrana qarşı yönələ bilər. Bizə isə həm türk dünyası, həm bütövlükdə türk dünyası dövlətləri ilə Rusiya, Çin və İran arasında əməkdaşlığın olmasını istəyirik. O baxımdan da Ərdoğanın, nə də Əliyevin belə bir niyyəti yoxdur və buna da can atmır”.

Rusiya Türkiyə münasibətlərinin gələcəyi ilə bağlı sualı cavablandıran türk professor bildirib ki,  Ankara ilə Moskva arasında çox yaxşı münasibətlər mövcuddur və bu münasibətlər  hələ bir neçə onilliklər ərzində davam edəcəklər: “Xüsusilə indiki çoxqütblülük dövründə. Çoxqütblülük çoxölçülü düşüncə, çoxölçülü xarici siyasət və çoxölçülü diplomatiya deməkdir. Putin bu mövzuda mütəxəssisdir, Türkiyənin də zəngin təcrübəsi var”.
27-07-2021, 16:23
Вернуться назад