Daxili işlər orqanlarında kadr təyinatı olub.
Oxu.az məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis kapitanı Səttar Məhərrəmzadə Şuşa Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə təyinat alıb.
Qeyd edək ki, S.Məhərrəmzadənin atası Nazim Məhərrəmov 1992-də Daşaltı əməliyyatında şəhid olub.