DataLife Engine / Lavrov: “Kreml İlham Əliyevlə Ərdoğanın regionla bağlı təkliflərinə müsbət yanaşır”

Lavrov: “Kreml İlham Əliyevlə Ərdoğanın regionla bağlı təkliflərinə müsbət yanaşır”

Lavrov: “Kreml İlham Əliyevlə Ərdoğanın regionla bağlı təkliflərinə müsbət yanaşır”


Ankara və Moskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması səylərini davam etdirir.

“Bunu RF XİN başçısı Sergey Lavrov  deyib.

Onun sözlərinə görə , Ankara ilə Moskvanın qarşılıqlı fəaliyyəti  təkcə davamlı məsləhətləşmələrlə bitmir, siyasi mövqelərin uzlaşdırılması istiqamətində addımlar atırıq.

“Ağdamdakı Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin fəaliyyət göstərməsi atəşkəsə və bütün hərbi əməliyytalara  nəzarət etmək istiqamətində çox uğurlu əməkdaşlıq formatıdır. Bu bizim qarşılıqlı əlaqələrimizin möhkəmlənməsinə imkan verir.

Əməkdaşlığımızın digər istiqaməti isə  bölgədə ticarət-iqtisadiyyat, nəqliyyat əlaəqlərinin bərpa edilməsidir. Ona görə də zamanında Ərdoğan və Əliyevin bölgənin inkişafını təşviq edəcək "üç + üç" formatındakı əməkdaşlıq təklifinə dəstək və müsbət reaksiya verdik. Üç Cənub Qafqaz ölkəsi  və üç region ölkəsi olan Rusiya, Türkiyə və İran. Biz bu barədə də danışdıq və  ilkin mərhələ üçün yaxşı planlarımız var. Bir daha təkrar edirəm ki, Ermənistan-Azərbaycan və Qarabağ məsələlərində sıx və səmərəli əməkdaşlıq bizi qane edir”, - Lavrov qeyd edib.
1-07-2021, 12:30
Вернуться назад