Türkiyəli məşhur müğənni Serdar Ortaç Azərbaycanda cəbhədə gedən döyüşlər səbəbindən vətənimizə dəstəyini nümayiş etdirib.
'Sənətçi sosial media hesabında paylaşım edərək ölkəmizə dəstək olub.
“Ermənistan illərdir Azərbaycan ərazilərini utanmadan işğal etmiş durumdadır. Dünya da illərdir buna səs çıxarmırdı. Azərbaycan və Türkiyə prezidentləri bu işğala “Artıq yetər” dedi. Bizim qardaş ölkəmiz Azərbaycanın sonunadək yanındayam. Çox çətin coğrafiyada yaşayırıq. Davamlı problem çıxaran qonşularımız var”, - deyə, Ortaç qeyd edib.