Dünyaca məşhur repçi Snop Doq ölkəmizə dəstəyini nümayiş etdirib.
İfaçı ''İnstagram'' hesabında Xalq artisti Aygün Kazımova ilə fotosunu yayımlayaraq “Mərhaba, Azərbaycan” şərhini qeyd edib. ''İnstagram'' hesabında 53 milyon izləyicisi olan Snop Doqun dəstək paylaşımı maraqla qarşılanıb. Qeyd edək ki, O, bir müddət öncə Xalq artisti Aygün Kazımova ilə Amerikada klip çəkdirmişdi.