Azərbaycanın Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko Covid19-a görə özünütəcrid edib.
Axşam.az xəbər verir ki, opera ifaçısı bu haqda İnstaqramında məlumat yayıb. O bildirib ki, buna səbəb "Don Karlos" operasındakı həmkarı, müğənni İldar Abdrazakovda koronavirus aşkarlanıb.
Annanın testlərinin cavabı neqativ olsa da, o, özünütəcridə üstünlük verib. Netrobko bunu yaxınlarının təhlükəsizliyini qorumaq üçün etdiyini vurğulayıb.
Müğənni həmçinin “Yevgeni Onegin” tamaşasındakı çıxışını dekabra keçirdiyini söyləyib.