Qarabağ bülbüllərinin yetirməsi Yaqut Qarabağlı
Qarabağ bülbüllərinin yetirməsi Yaqut Qarabağlı Ağdam rayon Çəmənli kəndindən anadan olub. "Qarabağ bülbülləri" ansamblında illərcə fəaliyyətdə olub. Ansambl dünyanın əksər ölkələrində Azərbaycanı mahnı festivallarında təmsil edərək, 40 qızıl medal, 100-dən cox fəxri fərman almış, 12-sənədli və bədii filmlədə çəkilərək Zaqafqaziya Ümumittifaq və Beynəlxalq Festivallar Laureatı adına layiq görülmüşdür.
Qarabağ bülbüllərinin yetirməsi Yaqut Qarabağlı - Bu gün Azərbaycanda qürur, kədər və sevincin bir birinə qarışdığı bir tarix yaşanır. Qürurumuz Azərbaycan əsgərinin zəfərləri, sevincimiz işğaldan azad olunan torpaqlarımız, xalqımızın milli birliyi, həmrəyliyi, kədərimiz isə hələ də davam edən erməni terroru nəticəsində həlak olan dinc sakinlərimiz, günahsız körpə balalarımız və yaşlı insanlardır. Təsəllimiz isə döyüş meydanında Azərbaycan əsgərinin aldığı qisasdır. Geosiyasi cəhətdən münbit torpaqlara, əlverişli iqlim şəraitinə malik olan ölkəmiz əsrlər boyu yadellilərin hücumuna məruz qalan sülhsevər xalqımız daim əzmkarlığı, döyüş ruhu, vətənpərvərliyi düşmənə layiqincə sinə gərib.
Keçən əsrin sonlarında yenicə müstəqillik qazanan Azərbaycanda daxili çəkişmələrdən, hərc-mərclikdən, vahid rəhbərliyin və güclü ordunun olmamasından istifadə edən ermənilər 10 və 100 illər boyu düşünülmüş siyasətlərini həyata keçirməyə nail oldular. 20 000 soydaşımızın ölümü və 20 % torpaqlarımızın itirilməsi ilə nəticələnən təcavüzə 1994-cü ildə atəşkəs rejimi barədə əldə olunan razılaşma ilə fasilə verildi. Atəşkəs rejimi dövründə öz öhdəliklərinə əməl edən Azərbaycandan fərqli olaraq Ermənistan mütəmadi olaraq hərbi təxribatlar ilə münaqişənin dinc yolla həlli istiqamətində aparılan danışıqları pozmağa çalışdı. Çünki, danışıqlar prosesinin məqsədi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qətnamələrinin həyata keçirilməsi və bununla ermənilərin Azərbaycan torpaqlarından hərbi birləşmələrini çıxarması və dünya birliyi tərəfindən qəbul edilmiş ərazi bütövlüyümüzü tanıması idi.
Son vaxtlarda mütəmadi hərbi hücumlarına qarşı adekvat cavab alan ermənilər havadarlarının köməyi ilə daha da azğınlaşaraq yeni ərazi iddiaları üçün hərbi hücumlar və terror əməllərinin sayını artırmağa başlayıb. Sentyabr ayının 27-də hərbi qulluqçular ilə yanaşı mülki şəxslərin həlak olması ilə nəticələnən erməni hücumları son üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə Qarabağ bölgəsindən uzaqda olan Tovuz istiqamətində Ermənistan-Azərbaycan dövlət sərhədinə hücum etdilər. İkinci olaraq Ermənistan tərəfindən avqustda azərbaycanlılara qarşı terror aktları törətməyi planlaşdıran diversiya qrupu göndərildi və diversiya qrupunun rəhbəri Azərbaycan Ordusu tərəfindən ələ keçirildi.
Sentyabr ayının 27-dən etibarən əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Silahlı Qüvvələri elə ilk gündə 8 kəndi işğaldan azad etməklə erməni hərbi birləşmələrinin darmadağın edilməsinin əsasını qoydu. Hazırda müharibənin başlamasının 40-cı gününə yaxınlaşarkən 4 şəhər, 3 qəsəbə və 192 kənd işğaldan azad edilib. Beləliklə, Azərbaycan Ordusunun aşkar üstünlüyü göz qabağındadır.
Qeyd edək ki, döyüş meydanındakı məğlubiyyətlərinə don geydirmək üçün Ermənistan hökuməti dezinformasiya yaymağa cəhd edir. Onların yaydığı məlumatlara görə guya Azərbaycan tərəfindən döyüşlərdə Türkiyə hərbçiləri iştirak edirlər. Amma bu yalandır və dünya bunu yaxşı bilir. Türkiyə hərbi birləşmələri, Türkiyənin F-16 qırıcı təyyarələri ona görə Azərbaycandadır ki, toqquşmalar başlamadan öncə onlar birgə hərbi təlimdə iştirak edirdilər və həmin F-16-lar yerdədilər, səmada deyillər. Beləliklə, ermənilərin iddialarının altı boşdur. Açıq demək olar ki, bu sadəcə son çırpınma cəhdləridir. Və reallığı dəyişmək üçün yetərsizdir.
Döyüş meydanında darmadağın edilən düşmən canını xilas etmək üçün dünya liderlərinə yalvararaq atəşkəsin əldə olunmasını xahiş edir. Lakin hər dəfə atəşkəs rejimi qüvvəyə mindiyi ilk dəqiqələrdən ermənilər terror əməliiyyatlarını həyata keçirərək cəbhə zonasına aid olmayan yaşayış məntəqələrimizə, şəhər və kəndlərimizə iriçaplı top və raket zərbələri endirirlər. Ermənilər bugün Gəncəyə, Bərdəyə, Tərtərə, Naftalana və digər yaşayış məntəqələrimizə hücumlara və onlarla insanın ölümünə görə əsuliyyət daşıyırlar. Və onlar gec-tez bunun üçün cavab verməli olacaqlar.
Döyüş meydanında üstünlüyə malik olan Azərbaycan hələ də humanistlik edərək bizim təklif etdiyimiz şərtlər əsasında münaqişənin hərbi yoldan danışıqlar prosesinə keçməyə hazır olduğunu dəfələrlə vurğulayıb. Bizim şərtlərimiz isə dünya birliyi tərəfindən və münaqişənin dinc yolla nizamlanması istiqamətində olan təkliflər paketinə uyğundur.
Rusiya, Fransa və Amerika Birləşmiş Ştatları ATƏT-in Minsk qrupu həmsədrləri kimi vasitəçiliyə davam edirlər. ATƏT-in Minsk qrupu həmsədr ölkələri 28 ildir ki, heç bir nəticə olmadan vasitəçilik etməyə və tərəflərə həll yolunu tapmağa “kömək etməyə” çalışırlar. Bu üç ölkə, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının üzvləridir, daimi üzvləridir. Onlar Azərbaycanın istinad etdiyi və erməni qoşunlarının çıxarılmasını tələb edən qətnamələri qəbul etmişdir. Lakin əfsuslar olsun ki, onlar işğal olunmuş əraziləri boşaltmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək üçün Ermənistana kifayət qədər beynəlxalq təzyiq göstərməyiblər. Buna görə Ermənistanın hərbi hücumundan sonra Azərbaycan özünü müdafiə etməli və ədaləti güc yolu ilə qorumalı idi. Bunu da uğurla edirik.
Bu gün döyüşməkdə sərhəd tanımayan, lakin öz sərhədini yaxşı tanıyan Azərbaycan əsgəri düşmənə sağalmaz zərbə vurur. Terror nəticəsində həlak olan hər bir şəhidimizi dinc sakinlərimizi, Mübarizi, Poladı, Fəridi, 7 yaşlı balaca Aysunu qarış-qarış gəzdirəcəyik Qarabağda.
5-11-2020, 13:50
Вернуться назад