İş adamı, Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi ''Mercedes'' markalı avtomobili hədiyyə edəcəyi əsgərlə görüşüb.
Bu barədə biznesmen sosial media hesabında özü məlumat yayıb.
''Dostlar qəhrəman qardaşım tapıldı. Allahın işinə baxın. Öncədən onu deyim ki, qardaşımızı Allah saxlayıb. Demək döyüşlərdə ayağından aldığı güllə yarası səbəbi ilə xəstəxanaya yerləşdirilmişdi, lakin yarası tam sağalmadan yenə də cəbhəyə qayıtdı. Ordu rəhbərliyi halını müəyyən edib onu tam müalicəsini bitirməsi üçün evinə məzuniyyətə yolladı. Və dünən səhər ''Facebook messenger''imə bir izləyicim əsgər qardaşımızı təsadüfən bir neçə gün öncə hospitalda gördüyünü yazdı və onun nömrəsini göndərdi. Əlavə etdi ki, qardaş təkrar cəbhəyə yollanıb. Bir tərəfdən üzüldüm onu görmədiyimə, digər tərəfdən belə igid ilə qürur duydum. Qərara aldım ki, qardaşa yenə də zəng edib, onunla telefon vasitəsi ilə tanış olum və hədiyyəsi barədə xəbər verim. Və nə olsa yaxşıdır?
Qardaş dedi ki, ''Şəhərə gəlirəm, axşam görüşə bilərik''.
Elə xoşbəxt idim ki, elə sevinirdim ki. Dünən axşam bir araya gəldik. Fotoda məlum səbəblərdən əsgərimizin üzünü göstərə bilmirəm'' -deyə, o qeyd edib.
<embed src='https://baku.tv/embed/26687' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen></embed>