Koronavirus pandemiyası 2022-ci ildə sona çata bilər.
Bunu "Microsoft" korporasiyasının qurucusu Bill Qeyts deyib. O, virusa qarşı ilk peyvəndin gələn ilin əvvəllərində istifadəyə hazır olacağını ehtimal etdiyini də deyib.
Ancaq peyvənddən sonra həyat dərhal normal vəziyyətinə qayıtmayacaq. Bunun üçün ən azı bir il daha lazım olacaq. Virusla mübarizə 2022-ci ilin sonlarına kimi davam edəcək.
Xatırladaq ki, ilk olaraq ötən ilin dekabrında Çinin Hubey əyalətində ortaya çıxan virus bu günə kimi 100 minə yaxın insanın ölümünə yol açıb. 31 milyondan çox insan isə virusa yoluxub. Bill Qeyts pandemiya dövründə ən çox müzakirə edilən şəxslərdən biri olub. İddialar arasında virusun onun tərəfindən yaradıldığı da var. baku.ws