Ötən ay ərzində 58 rayon və şəhər üzrə tibb müəssisələrinə edilən müraciətlərin statistikası açıqlanıb.
Müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət sisteminin xəstəlikləri, həzm sisteminin xəstəlikləri, mamalıq və ginekologiya, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, zədələr və zəhərlənmələr, habelə, gözün və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı olub.