İsraildə Təl Əviv Universiteti evli kişilər arasında araşdırma aparıb.
“Journal of Clinical Medicine” jurnalında yayımlanan araşdırmada yaşı 30-dan çox olan 9 min kişinin səhhhəti ilə bağlı məlumatlar analiz edilib.
Belə ki, 1965-ci ildə qeydiyyata alınan 8945 evli kişinin səhhəti ilə bağlı məlumatları analiz edilərək, onlardan evliliklərinə 1-4 arasında bal vermələri istənilib.
Araşdırma nəticəsində evliliklərinə aşağı bal verən kişilərin digər evli kişilərə nisbətən iflicdən ölmə ehtimalının 69 faiz daha çox olduğu üzə çıxıb.
50 yaşdan aşağı kişilərdə evliliklərindən məmnun olmayanların ölüm riskinin 39.4%, 50-yaşdan yuxarılarda isə 6.5% olduğu bildirilib.
Araşdırmanın baş yazarı Dr. Şahar Lev-Ari evliliklərindən narazı olan kişilərin ölmə ehtimalının siqaret çəkməklə bərabər səviyyədə riskli olduğunu deyib.
Araşdırma üzvləri səhiyyə qurumlarında çalışanları evlilik ucbatından ölüm risklərini azlatmaq üçün evlilik terapiyasını təşviq etməyə çağırıb.