DataLife Engine / Cəbhəyanı ərazilərdə top mərmiləri və dron aşkarlandı

Cəbhəyanı ərazilərdə top mərmiləri və dron aşkarlandı

Cəbhəyanı ərazilərdə top mərmiləri və dron aşkarlandı


2020-ci il 19 Oktyabr tarixində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Kürdəmir, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 19 (on doqquz) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 1 (bir) müraciət daxil olub.

ANAMA-dan verilən məlumata əsasən, daxil olmuş 20 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Şənlik, Nəcəfqulubəyli, Poladlı kəndləri, Ağdam rayonunun Çəmənli, Alıbəyli, Paşabəyli kəndləri və Ergi qəsəbəsi, Bərdə rayonunun Qaradağlı, Soğanverdilər, Təhlə kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, Kürdəmir rayonunun Karrar kəndi, Tərtər rayonunun Seydimli, Əskipara, Ələsgərli kəndləri və H.Aslanov küçəsi və Gəncə şəhəri ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 12 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ), 2 ədəd 152 mm-lik top mərmisi (OF-45), 1 ədəd 240 mm-lik top mərmisi (M24F), 1 ədəd dron və 11 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 1 ədəd 9N235 bombacığı zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 2028 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.


20-10-2020, 09:54
Вернуться назад