Sosial şəbəkələrdə şəhid polkovnik Babək Səmidlinin adından saxta səhifə açılıb.
Bu barədə hərbi bloqer Tofiq Şahmuradov paylaşım edib.
O bildirib ki, səhifə idarəçiləri şəhidlərə ehsan adı altında pul yığırlar:
“Bununla bağlı artıq hüquq-mühafizə orqanlarına şəhidin ailəsi tərəfindən müraciət olunub”.
O, vətəndaşları belə dələduzlara aldanmamağa çağırıb.