DataLife Engine / Bakıda arvadını öldürən polis qətldən sonra intihar etmək istəyib - YENİ TƏFƏRRÜAT

Bakıda arvadını öldürən polis qətldən sonra intihar etmək istəyib - YENİ TƏFƏRRÜAT

Bakıda arvadını öldürən polis qətldən sonra intihar etmək istəyib - YENİ TƏFƏRRÜAT


“Sentyabrın 29-da İsmayıl mənə zəng etdi ki, Xanım evdə yoxdur. Xanım da qorxusundan mənə demişdi ki, onun yerini heç kimə deməyək”.

Bu sözləri oxu.az-a açıqlamasında sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq qətlə yetirdiyi həyat yoldaşı Xanım Məmmədovanın anası Yetər Əliyeva deyib.

Onun sözlərinə görə, qızının şiddət gördüyünü oğlanın ailəsi bilsə də onu müdafiə etməyib:

“Qayınanası da oğlunun xasiyyətinə görə, onun öhdəsindən gələ bilmirdi. Qızım deyirdi ki, İsmayıl qoymurdu ki, pəncərədən paltar asım. Deyirdi ki, səhər sübh tezdən hava işıqlanmamış paltarı as, bir də gecə qaranlıq düşsün yığarsan. Xanım bunları mənə deyirdi, amma imkan vermirdi qarışmağa. Qızım bizdən nəyi necə istəyib, biz elə etmişik. İstəmirdi ailəsi dağılsın, uşaqları atasız qalsın. Deyirdi düzələcək.

Qızım savadlı idi, amma qoymurdular işləməyə. Düşünürdülər ki, qızımın öz qazancı olsa, sözə baxmaz. 42 il müəllim işləmişəm, yoldaşım icra hakimiyyətində müavin işləyib. Bizim necə ailə olduğumuzu hamı bilir. İsmayıl özü mənimlə danışanda deyirdi ki, Yetər xala sizin ailə çox yaxşıdır”.

Y.Əliyeva deyir ki, İsmayıl Məmmədov kənarda heç vaxt bu cür xasiyyətlərini göstərməyib:

“Biz sonra bilmişik ki, nişanlı vaxtı da Xanımı döyüb. Amma bir-birlərini çox sevirdilər deyə, heç biri əl çəkmirdi. Düşünürdü ki, xasiyyəti dəyişər. Heç vaxt Xanımı qınamamışıq ki, özün seçdin, ailə qurdun. Heç vaxt üz döndərməmişik qızımdan.

İsmayıl onu tez-tez döyürmüş, amma Xanım çox bərk döyüləndə əlacsız qalıb deyirdi. Bir dəfə uşaqları Xanımın əlindən almaqla təhdid ediblər. Xanım da uşaqlarsız qala bilmərəm dedi və barışdı”.

İ.Məmmədovun atasının Xocalıda şəhid olmasından travma yaşaması və bu travmanın məlum hadisələrə gətirib çıxarmasına dair səsləndirilən fikirlərə münasibət bildirən Y.Əliyeva iddia edir ki, onlar Xocalı faciəsi zamanı kənddə olmayıblar:

“İsmayılın anası Elmira xanım özü danışırdı ki, yoldaşı həmin ərəfədə ailəsini bir ay qabaq Ağdama aparıb. Xocalıda özü tək qalıb. Ona görə də uşaqlar Xocalı faciəsinə şahid olmayıblar.

Buna baxmayaraq, mən o ailəyə hörmət etmişəm, şəhid ailəsidir, qəlbləri sınıqdır, tək başına yeddi uşaq böyüdüb deyirdim, sözlərini çevirmirdik. Oğlanın bacıları da qızımı çox istəyirdilər. Həmişə qardaşlarının Xanımı döyməsinə qarşı çıxırdılar. Həmişə deyirdik ki, İsmayıl, qadına, qıza vurmaq olmaz. Hirslənərlər, bir şillə vurarlar başa düşmək olar. Amma bu dərəcədə döyüb-öldürmək olmaz”.

Y.Əliyeva deyir ki, hadisə baş verən gün İ.Məmmədov ona telefonla zəng edib:

“İşdən evə gələndə Xanımı görməyib. Mənə sentyabrın 29-da zəng elədi ki, Xanım haradadır? Mən də demədim haradadır. Xanım demişdi ki, ana, qurban olum, yerimi deməyin.

Digər baş verənləri də bilirsiniz. İsmayıl hadisədən sonra deyib ki, Xanımı vurandan sonra güllələrin yarısını da özünə vuracaqdı. Təhqiqatçı onu tutub saxlayıb ki, hadisənin qabağını alsın. Amma saxlaya bilməyib”.

İ.Məmmədovun bacıları da qardaşlarının hərəkətindən peşmanlıq duyurdular, amma bacıdırlar, onları da başa düşdüyünü deyən Y.Əliyeva ona bu faciəni yaşadanları unutmayacağını deyib.
12-10-2021, 14:11
Вернуться назад