DataLife Engine / "Patı" çəkib dostunu ağzından bıçaqladı, çəkiclə öldürdü - Bakıdakı qətlin təfərrüatı

"Patı" çəkib dostunu ağzından bıçaqladı, çəkiclə öldürdü - Bakıdakı qətlin təfərrüatı

"Patı" çəkib dostunu ağzından bıçaqladı, çəkiclə öldürdü - Bakıdakı qətlin təfərrüatı


Suraxanı rayonunda tanışını qətlə yetirməkdə təqsirli bilinən İlkin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Ölkə.Az” xəbər verir ki, Suraxanı rayonu ərazisində 1967-ci il təvəllüdlü Məmməd Hüseynovun yaşadığı evdə öldürülməsi barədə iyulun 30-da məlumat daxil olub.

Prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla 1976-cı il təvəllüdlü İlkin Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Məmməd Hüseynova çoxsaylı bıçaq zərbələri vurub onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

İlkin Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən İlkin Həsənov ifadəsində bildirib ki, Məmməd Hüseynovu hadisədən 2 il əvvəl narkotik vasitə istifadə edən şəxs kimi tanıyıb. Özü Bakıda müxtəlif ünvanlarda kirayədə qalıb. Məhəmməd isə hadisə baş verən evdə tək yaşayıb.

2019-cu ilin oktyabr ayından tanışının evidə yaşamağa başlayıb. Həmin evdə dəfələrlə narkotik vasitə qəbul ediblər. 2020-ci ilin yanvar ayında Lənkəran rayonunda adını bilmədiyi İran vətəndaşından şəxsi istifadəsi üçün 400-500 manatlıq heroin alıb. Narkotik vasitəni Məmmədlə birlikdə həm istifadə edib, həm də satıblar.

İyulun 27-si səhər saatlarında hər ikisi psixatrop maddə hesab edilən “metanfetamin” (patı) qəbul edib qonaq otağında televizora baxıblar. O, otaqda pəncərə tərəfdən yerdə, Məmməd isə qapının yanında uzanıb. Qarpız kəsib yedikdən sonra tanışı qabı mətbəxə aparıb bıçaq isə yerdə qalıb.

Qayıdıb gələndən sonra söhbət əsnasında Məmməd onun ünvanına nalayiq ifadələr işlədib. Əsəbləşib tanışını söydükdə sonuncu sağ tərəfində olan çəkici götürüb onu vurmaq istəyib:

“Söhbət elədiyimiz yerdə başladı mənə qarşı nalayiq ifadələr işlətməyə məndə cavabında onu söydüm. Sağ tərəfdən çəkici götürüb məni vurmaq istəyəndə yerdəki bıçağı götürüb sol yanağına və döş qəfəsinə zərbələr vurdum. Neçə bıçaq vurmuşam yadımda deyil”.

İlkin Həsənov ifadəsinin davamında bildirib ki, zərbələrdən sonra Məmməd ayağa qalxıb otaqdan çıxmaq istəyəndə dərhal arxasınca gedib boynuna və qollarına bıçaqla zərbələr endirib. Hüseynov zərbələrdən yayınmaq üçün mətbəxə qaçıb və çaydanı götürüb ona doğru atıb. Həsənov (onun əlindən yerə düşən) çəkici götürən vaxt Məmməd ayaqyoluna daxil olub və qapını bağlayıb:

“Qaçdı ayaqyoluna qapını bağladı. Dedim qapını aç açmadı. Təpiklə zərbələr vurub qapını açdım. Əlimdəki çəkiclə başladım zərbələr vurmağa. Çoxsaylı zərbələrdən sonra yıxıldı yerə”.

Cinayəti törətdikdən sonra İlkin Həsənov evdən çıxaraq anadan olduğu Lənkəran rayonunun Vərəvul kəndidə yollanıb. Üç gündən sonra əmisinin telefonundan zəng edərək hadisə barədə polisə məlumat verib.

Məhkəmə iclasında İlkin Həsənov ittiham üzrə özünü qismən təqsirli bilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ömürlük cəza təyin olunmasını xahiş edib.

Sonda məhkəmənin hökmü ilə İlkin Həsənov CM-nin 120.2.2 və 2.4 (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum olunub.
31-08-2021, 11:34
Вернуться назад