DataLife Engine / Metroda karantin rejimini pozaraq polisə müqavimət göstərən şəxslər HAKİM QARŞISINDA

Metroda karantin rejimini pozaraq polisə müqavimət göstərən şəxslər HAKİM QARŞISINDA

Metroda karantin rejimini pozaraq polisə müqavimət göstərən şəxslər HAKİM QARŞISINDA


Bakı Metropolitenində polisin qanuni əmrinə tabe olmayan şəxslərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Ölkə.Az" xəbər verir ki, 31 may 2020-ci il tarixdə Bakı Metropolitenin “Qara Qarayev” stansiyasında xidməti vəzifələrini icra edən Bakı Metropoliteninin Polis Şöbəsinin əməkdaşlarına bir qrup şəxs tərəfindən müqavimət göstərilərək zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması), 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə), 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanaraq Nizami rayon prokurorluğunda istintaq aparılıb.

Nizami rayon Prokurorluğundan verilən məlumatına görə, istintaqla qeyd edilən tarixdə Taleh Baxşiyev, Şirzad Şirzadov, Ramin Baxışov, Allahverdi İmamquliyev və Sarvan Kərimovun bir qrup şəxs halında Bakı Metropoliteninin “Qara Qarayev” stansiyasında “Covid-19” pandemiyası ilə əlaqədar epidemiya əleyhinə rejimin tələblərini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratmaqla, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə həmin vaxt orada ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan polis əməkdaşları Vüqar Məlikov və Samir Nəsirovun qanuni tələblərinə tabe olmamaqla onlara qarşı müqavimət göstərib xəsarətlər yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Taleh Baxşiyev, Şirzad Şirzadov, Ramin Baxışov, Allahverdi İmamquliyev və Sarvan Kərimov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Nizami rayon məhkəməsinə göndərilib.
22-09-2020, 11:32
Вернуться назад