DataLife Engine / Ata iki yaşlı oğlunu binadan atdı - ANBAAN VİDEO

Ata iki yaşlı oğlunu binadan atdı - ANBAAN VİDEO

Ata iki yaşlı oğlunu binadan atdı - ANBAAN VİDEO


Rusiyanın Moskva şəhərində ata öz uşağına qarşı dəhşətli addıb atıb.

Ölkə.Az xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı Leonid Kudryavçev 2 yaşlı oğlunu 5-ci mərtəbədən yerə atıb.

Bunu yan otaqda olan Leonidin anası fərq edib və dərhal polisə, həmçinin təcili yardıma zəng vurub.

Hadisəni törədən şəxs evdən qaçsa da, hüquq-mühafizə orqanları onu yaxalayıb.

Xəstəxanadan yerləşdirilən azyaşlının ölümdən xilas etmək mümkün olsa da, həyatı təhlükəsi davam edir. Beşinci mərtəbədən atılan 2 yaşlı uşaq ağciyər xəsarəti, qapalı kəllə-beyin zədəsi, beyin qanaması, qapalı sinə zədəsi alıb. Onun həmçinin qabırğa sümükləri və boynunda sınıqları olub.

Hadisəni törədən şəxsin anası oğlu haqda danışarkən bunları deyib: "O, narkotik aludəçisidir. Həyat yoldaşı ilə gah yaşayır, gah da yaşamır. Və son vaxtlar boş şeylər danışırdı. Başına çip qoyulduğunu söyləyirdi". 

Hazırladı: Səbinə

<embed width="640" height="360" src="https://player.olke.az?v=&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>
5-08-2021, 15:33
Вернуться назад