Ötən günlərdə Novxanı qəsəbəsində yol polisinin sürücüdən rüşvət alması iddiası ilə bağlı yayılan görüntülər barədə aparılan araşdırma yekunlaşıb.
Bu barədə Ölkə.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev məlumat verib.
O bildirib ki, yayılan video ilə yol polisi əməkdaşının rüşvət aldığına dair iddialar öz təsdiqini tapmayıb:
“Həmin polis əməkdaşının rüşvət alması faktı təsdiqlənməyib. Yol patrul xidmətinin əməkdaşı xidməti vəzifəsini yerinə yetirən zaman sürücü ilə lüzumsuz danışıqlara və yersiz hərəkətlərə yol verdiyinə görə, intizam qaydası ilə cəzalandırılıb”.