Samuxda bıçaqlanma hadisəsi baş verib.
Samux rayonunda sakinlər arasındakı mübahisə yaralanma ilə nəticələnib.
1992-ci il təvəllüdlü Samux rayon Hacıalılı kənd sakini Allahverdi Yusibov Lək kənd sakini Qəmbərov Elçinə bıçaqla xəsarət yetirib.
Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam edir.