Şəhid oğlu nəyə görə intihara cəhd edib? - AÇIQLAMA
Birinci Qarabağ müharibəsində Laçın rayonunda şəhid olmuş Salmanov Vaqifin oğlu Salmanzadə Hikmət dünən axşam saatlarında intihara cəhd edib.
“Şəhid oğlu yaşadığı evdə özünü yandırıb. Təcili tibbi yardımla 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilən şəhid oğlunun vəziyyəti orta ağır kimi dəyərləndirilir.
İddiaya görə, Salmanzadə Hikmət dəfələrlə işlə təmin olunmasına dair dövlət qurumlarına, o cümlədən Laçın rayon İcra Hakimiyyətinə müraciət etsə də, işlə təmin olunmayıb. Ona artıq 3 aya yaxındır ki, bununla bağlı verilən yerinə yetirilməyib.
Məsələ ilə əlaqədar Laçın Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cabir Əvəzzadə “Ölkə.az”a açıqlamasında vəziyyətdən xəbərdar olduğunu deyib. Onun sözlərinə görə, H.Salmanzadənin özünü yandırması işsizlik problemi ilə əlaqədar olmayıb:
“Hadisə baş verən andan bu barədə məlumatlıyıq. Vətəndaşın problemi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon bölməsi ilə bağlıdır. Həmin bölmə ilə bağlı onun sənəd problemi olub. Müraciəti nəticəsiz qaldığı üçün intihara cəhd göstərib. Hazırda da 5 saylı şəhər xəstəxanasındadır, vəziyyəti də normaldır”.
C.Əvvəzadə şəhid oğlunun hazırda işi olduğunu bildirib:
“O, Məktəbdə müəllim kimi çalışır. Müəssisələr bağlandığına görə hazırda məzuniyyətə çıxıb.
Həmin şəhid ailəsinə 2016-cı ildən bu vaxta qədər ümumilikdə 2500 manata qədər birdəfəlik maddi köməklik göstərilib. Bizim Rayon İcra hakimiyyətiin fəaliyyət göstərdiyi ərazi müvəqqəti olaraq Ağcəbədi rayonundadır. Həmin şəxs Laçın şəhər ərazi üzrə nümayəndəliyin sakini olduğuna görə nümayəmdəlik xəstəxanaya gedərək vətəndaşın vəziyyəti ilə maraqlanıb” – açıqlamada bildirilib.
Sözügedən vəziyyətlə əlaqədar “Ölkə.az” Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət ünvanlayıb. Xidmətdən bildirilib ki, məsələ araşdırılmalıdır.