Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin son oyunu keçirilib.
Şotlandiyanın Qlazqo şəhərindəki "Hempden Park"da İsveç və Ukrayna milliləri görüşüb.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Əlavə vaxtda İsveç azlıqda qalıb və yalnız son artırma dəqiqələrə qədər qapısını qoruya bilib. Lakin 120+1-ci dəqiqədə Andrey Şevçenkonun yetirmələri oyunun taleyini həll edib.
Ukrayna millisi Avropa çempionatında tarixi nailiyyətə imza atıb.
1/4 finala yüksələn komandanın rəqibi isə İngiltərə olacaq.
https://player.streamkora.com/embed/XcQBLjxP1HmeF?autoplay=1&htmlplayer=1