DataLife Engine / Sabah Bakıda 22 dərəcə isti olacaq

Sabah Bakıda 22 dərəcə isti olacaq

Sabah Bakıda 22 dərəcə isti olacaq


Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-23, Bakıda gecə 12-14, gündüz 19-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq.

 Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin Böyük Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, səhər saatlarında duman olacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 19-23, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq.
10-10-2020, 16:00
Вернуться назад