Qazaxıstan hava limanında sərnişin təyyarəsi qəzaya uğrayıb.
Tengrinews xəbər verir ki, hava gəmisi minik avtomobili ilə toqquşub.
Hadisə Almatı Beynəlxalq Hava Limanının uçuş-enmə zolağında baş verib.
Hadisə nəticəsində xəsarət alanlar olmayıb.
Məlumatda bildirilib ki, təyyarə Bakıdan havaya qalxıb və 22 oktyabr saat 6.43 -də Almatı hava limanına enib.
Nəqliyyat Polis İdarəsi, Cinayət Məcəlləsinin 344-cü maddəsinin 1-ci hissəsi ("Yol hərəkəti təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma") ilə başladığı ibtidai istintaqla bağlı məlumat yayıb.
"Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. Cinayət Prosessual Məcəlləsinin 201 -ci maddəsinin tələblərinə uyğun olaraq digər məlumatlar istintaqın maraqlarına görə açıqlanmır", - idarədən vurğulanıb.
Qəzaya uğrayan təyyarə Qazaxıstanın “Kayrat” futbol klubunun üzvlərini Bakıdan Almatı şəhərinə aparırmış.
<embed width="640" height="360" src="https://player.olke.az?v=3101&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>