DataLife Engine / Bakıda maşınları əzərək polisdən qaçan şəxs barəsində qərar verildi

Bakıda maşınları əzərək polisdən qaçan şəxs barəsində qərar verildi

Bakıda maşınları əzərək polisdən qaçan şəxs barəsində qərar verildi


Bakıda maşınları əzərək polisdən qaçan Kamran Cəbrayılzadənin barəsində həbs qətimkan tədbiri seçilib.
"Ölkə.Az"ın xəbərinə görə, bununla bağlı Yasamal Rayon Məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, Kamran Cəbrayılzadənin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, sentyabrın 24-də paytaxtda “Volkswagen” markalı avtomobilin sürücüsü 1993-cü il təvəllüdlü K.Cəbrayılzadə ictimai qaydanı, ictimai asayişi qəsdlə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə 10 yaxın avtomobilə maddi ziyan vuraraq polisin təqibindən yayınmağa cəhd göstərib.

Davamlı olaraq, avtoxuliqanlıq hərəkətləri ilə müşayiət olunan avtomobil həyata keçirilən təxirəsalınmaz tədbirlərlə və vətəndaşların əməli köməkliyi ilə saxlanılması təmin olunub.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, K.Cəbrayılzadə cinayət işi üzrə şübhəli şəxs qisimində tutularaq, istintaqa cəlb edilib.

Hazırda istintaq hərəkətləri davam etdirilir.
28-09-2021, 10:30
Вернуться назад