Səhər saatlarından etibarən paytaxta yağan intensiv yağış subasma ilə nəticələnib.
Yağış əsasən, Biləcəri-Baksol yolu, Binəqədi yolu, Sabunçu-Koroğlu yolunda, Xırdalanda və digər ərazilərdə avtomobillərin hərəkətinə maneə yaradıb.
Paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi endirilib.
<embed width="640" height="360" src="https://player.olke.az?v=2637&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>