DataLife Engine / 11 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb

11 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb

11 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb


Avqustun 27-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 6 toy şənliyinin monitorinqini həyata keçirib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Monitorinq 3 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 11 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
28-08-2021, 12:21
Вернуться назад