DataLife Engine / Karantin rejimini pozan vəzifəli şəxslə polis arasında QARŞIDURMA: işdən qovuldu

Karantin rejimini pozan vəzifəli şəxslə polis arasında QARŞIDURMA: işdən qovuldu

Karantin rejimini pozan vəzifəli şəxslə polis arasında QARŞIDURMA: işdən qovuldu


Bakıda polisi təhqir edən vəzifəli şəxs işindən çıxarılıb.

Lent.az verdiyi məlumata görə, Nizami rayon 50 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Şirinov Arzuman Səttar oğlu tutduğu vəzifədən azad edilib. Buna səbəb isə onun bir neçə gün əvvəl polis rəisinin müavinini təhqir etməsi göstərilir.

50 saylı Mənzil Kommunal İstismar Sahəsindən Lent.az-a A.Şirinovun işdən çıxarılması xəbərini təsdiqləyiblər.

Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda A.Şirinov karantin rejimi qaydalarını kobud şəkildə pozması və bu zaman xidməti vəzifəsini icra edən polis əməkdaşlarına qarşı kobudluq nümayiş etdirməsi barədə xəbərlər yayılıb.

Həmin xəbərlərə görə, A.Şirinov bir neçə gün əvvəl öz yaxınları ilə Nizami rayonu ərazisində fəaliyyət göstərən “Siyaqut” restoranında təyin olunmuş vaxtdan, yəni gecə saat 12-dən sonra məclis keçirdiyi üçün polis şöbəsinə aparılıb. Sərxoş vəziyyətdə olan “JEK” müdiri bölmədə polis əməkdaşlarını təhqir edib.  

Xatırladaq ki, bir müddət əvvəl karantin qaydalarını pozan deputat Eldəniz Səlimovla polis əməkdaşları arasında qarşıdurma olmuşdu. E.Səlimov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşını döydüyü üçün deputat toxunulmazlığı ləğv edilməklə həbs edildi.
16-08-2021, 14:41
Вернуться назад