"Rusiya sülhməramlıları Laçın dəhlizinin 5 km eninə nəzarət edir. Onlar müşahidə məntəqələri təşkil edirlər və sərhədi qorumurlar. Bizim qoşunlarımız yalnız Güləbird və Kəlbəcər istiqamətində olan yerlərə nəzarət edirlər. Sülhməramlılar Laçın dəhlizindən gedib-gələnlərə yumşaq nəzarət edirlər. Erməni katolikosu keçəndə də bilinmir nə məqsədlə gəlib. Ona görə həmin istiqamət zəif qorunur".
Bunu təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl son günlər Ermənistanla sərhəddə baş verən proseslərlə bağlı fikirlərini bildirərkən deyib.
Onun sözlərinə görə, bir müşahidə məntəqəsi və ya monitoriq mərkəzi ilə bu məsələlərə nəzarət etmək çox çətindir: "Ona görə güc bizim öz hərbçilərimizin üzərinə düşür".
Ekspertin fikrincə, Ermənistanda keçiriləcək 20 iyun seçkilərinə qədər bu hallar davam edəcək: "Buna görə ayıq-sayıq olmalıyıq. Çünki bu, nə ilk, nə də sondur. Sözügedən istiqamətdə çalışırlar ki, mina yerləşdirmək, həm də beynəlxalq aləmdə səs-küy salmaq, o cümlədən bizim əsgərlərdən əsir götürmək istəyirlər. Biz bunların hamısına hazır olmalıyıq".