Fuad Hacıyevin gənclərlə iş sahəsində səmərəli fəaliyyəti, bədən tərbiyəsi və idmanın inkişafında müstəsna xidmətləri olmuşdur
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev - Birgə təlimlərin xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün çox böyük faydası var. Bildiyimiz kimi, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib.
Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib.
Azərbaycan-Türkiyə arasında keçirilən genişmiqyaslı hərbi təlimlər iki qardaş ölkə arasında bağllığıı daha da artıracaq. Hətta belə deyim, birgə təlimlər düşmən ölkə üçün bir gözdağı da oldu. Bu təlimlər təkcə qonşu ölkələrdə yox, bütün dünya ölkələrində danışılır. Hətta dünya mətbuatı da bu təlimlərə böyük diqqət ayırıb məqalələr dərc olunub.
Bunlardan biri də Rusiyanın nüfuzlu nəşrlərindən olan "Nezavisimaya qazeta"dır.
Nəşrdə birgə təlimlərə həsr olunmuş məqalə dərc edilib. Məqalədə Türkiyənin öz döyüş təcrübəsini Azərbaycanla bölüşmək istəməsi təlimlərin əsas hədəflərindən biri kimi göstərilir: "Türkiyə ordusunun lokal münaqişələrdə (məsələn, Suriya, Liviya və İraqda) döyüş tətbiqinin müasir təcrübəsi göstərir ki, Ankara çoxdandır sayla yox, ağılla, bacarıqla döyüşür. Türkiyə Silahlı Qüvvələri zərbə pilotsuz aparatlarını, təyyarələri və vertolyotları, habelə HHM vasitələrini və düşmən arxasında diversiya əməliyyatları həyata keçirən xüsusi təyinatlı bölmələri geniş tətbiq edir. Türkiyə öz təcrübəsini Azərbaycana öyrətməyə hazırdır. Görünür Azərbaycan və Ermənistan sərhədindəki toqquşmalardan sonra iyulun 16-da Bakı və Ankara hərbi rəhbərlikləri arasında gedən danışıqlarda da bu müzakirə olunub".
Artıq dünya mətbuatı da Azərbaycan-Türkiyə arasında olan sarsılmaz dostluq və qardaşlığı etiraf edir. Düşmən ölkələr bunu yaxşı başa düşür ki, Türkiyə hər zaman Azərbaycanın arxasındadır və Dağlıq Qarabağın işğaldan azad etməsi üçün əlindən gələni edəcək.
Qeyd edək ki, Türkiyə parlamentinin hakim AKP-dən olan və Ordu vilayətini təmsil edən millət vəkili Metin Gündoğdu Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlər barədə öz fikirlərini bildirib. O, Ermənilərin xain hücumunu pisləyərək Azərbaycan torpaqlarını artıq onlardan geri almağın zamanı gəldiyini vurğulayıb. Və əlavə edib ki, Türkiyə hər zaman Azərbaycanın arxasındadır.
Son olaraq söyləyim ki, Türkiyə-Azərbaycan birgə təlimləri Ermənistanda panika və təşviş içində izlənilir. Artıq düşmən də anlayır ki, Qarabağın işğaldan azad edilməsi an məsələsidir.
****************Sizin bizim məzun, hazırkı və ya gələcək tələbə, bəlkə də bizim sıralara qoşulmaq istəyən və ya artıq bizimlə çalışan müəllim, ya da təsadüfi oxucu olmağınızdan asılı olmayaraq, Sizi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının səhifəsində salamlamağa çox şadam. 1930-cu ildə yaranan, böyük və şərəfli tarixə sahib olan Akademiya son illərdə ikinci baharını yaşayır və burada yeni tarix yazılır. Bu tarixi bizimlə yazmağa Sizi də dəvət edirik.
Azərbaycan dövlət təhsil siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir, təhsil müəssisələri qarşısında yeni hədəf və çağırışlar qoyur.
Qoyulan hədəflərə çatmaq üçün bu gün Akademiyada bir sıra islahatlar aparılır, gənc nəslin idman sahəsində hərtərəfli biliyə yiyələnməsi məqsədi ilə müasir şərait yaradılır. Bu işlər ona görə görülür ki, biz Azərbaycanı yalnız peşəkar idman sahəsində deyil, həmçinin idman təhsili sahəsində də aparıcı yerlərdə görmək istəyirik. Biz Akademiya məzunlarının dünya idman bazarında rəqabətə dözümlü mütəxəssis olmasını arzu edirik. Bu, bizim məqsədimizdir və biz inanırıq ki, yaxın zamanda bu məqsədə çata biləcəyik.
Hamımız bilirik ki, məhz idman insanda “mübarizədə imkanların bərabərliyi”, “uğurun bərabər mübarizədə qazanılması”, “birinci olmağa can atmaq”, “yalnız rəqibə deyil, öz-özünə də qalib gəlmək” kimi dəyər və bacarıqları formalaşdırır. Ən əsası isə idman Vətəni sevmək, onu təmsil etmək və onun müdafiəsinə hər an hazır olmağı oyrədir.
Akademiyada bu dəyərlərə böyük önəm verilir. Siz də bizimlə eyni dəyərləri bölüşməyə hazırsınızsa, Sizin yolunuzu gözləyirik!
Fuad Hacıyevin gənclərlə iş sahəsində səmərəli fəaliyyəti, bədən tərbiyəsi və idmanın inkişafında müstəsna xidmətləri olmuşdur. Ölkəmizdə idmanın inkişafında, Bakıda və Respublikamızın digər bölgələrində müasir tipli idman mərkəzlərinin tikilməsində və istifadəyə verilməsində, beynəlxalq səviyyəli yarışların keçirilməsində və gənclərlə aparılan məqsədyönlü iş sahəsində Fuad Hacıyevin xüsusi xidmətləri vardır. Bu xidmətləri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən nəzərə alınaraq 2015-ci il 2 mart tarixli 1079 nömrəli Sərəncamı ilə gənclərlə iş sahəsində səmərəli fəaliyyətinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətinə görə 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Fuad Hacıyev vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.
Fuad Hacıyev əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyət kimi milli “mən”i şəxsi “mən”dən hər zaman uca tutur, özünə hörməti şəxsi iddialarda deyil, uğurlu əməllərdə axtarır.
Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Fuad Hacıyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorluk fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.
Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası idman təhsili sahəsində yüksək ixtisaslı mütəxəssisləri hazırlamaq üçün bütün imkanları yaradan müasir ali təhsil məktəbidir. Akademiya idman təhsilini dünya standartlarına uyğunlaşdırmaq, təhsilin keyfiyyətini artırmaq və beynəlxalq əmək bazarında rəqabət qabiliyyətinə malik mütəxəssislər hazırlamaq kimi hədəfləri qarşısına qoymuşdur.Bu məqsədlərə nail olmaq üçün 2016-cı ildən başlayaraq Akademiyada ardıcıl islahatlar aparılır, tam yeni infrastruktur yaradılır (elektron kitabxana, tədris laboratoriyaları, sürətli internet və s.), təhsil imkanları genişləndirilir (distant və onlayn təhsil imkanları, İKT-nin tətbiqi, tələbə və professor-müəllim heyətinin mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması və s.), beynəlxalq təcrübə öyrənilir və beynəlxalq əməkdaşlıqlar qurulur.
14-09-2020, 10:44
Вернуться назад