Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilən torpaqlara ziyarəti barədə bəhs edərkən kövrəlib. Ölkə başçısı bildirib ki, Qarabağa gedərkən Mehriban xanım Əliyeva ilə birlikdə yolda qeydə aldıqları videoçəkilişləri ilk növbədə o bölgədə yaşayan azərbaycanlılar üçün ediblər.
“Onlar 30 il həsrət içində idilər. Və mən gəlmişəm ora, mən bu evi görürəm, bu binanı görürəm, o görmür. O, bizim gözlərimizlə onu görməlidir. Hər zaman mənim gözümün önündə onlar idi. Nə qədər əzab çəkdilər. Nə qədər əziyyət çəkdilər, amma sınmadılar. Möhkəm durdular. Budur Azərbaycan! Budur Azərbaycan xalqı!”, - deyə İlham Əliyev kövrələrək bildirib.