DataLife Engine / İlham Əliyev yol tikintisinə 8,3 milyon manat ayırdı - SƏRƏNCAM

İlham Əliyev yol tikintisinə 8,3 milyon manat ayırdı - SƏRƏNCAM

İlham Əliyev yol tikintisinə 8,3 milyon manat ayırdı - SƏRƏNCAM


Prezident İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonunun Nardaran və Zabrat qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 8,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
22-09-2020, 12:31
Вернуться назад