DataLife Engine / Bakı Slavyan Universiteti distant təhsilin təşkili üçün yeni tədris ilinə hazırlıq işlərini başa çatdırıb

Bakı Slavyan Universiteti distant təhsilin təşkili üçün yeni tədris ilinə hazırlıq işlərini başa çatdırıb


İmtahanların şəffaflığı

Bakı Slavyan Universitetinin özünəməxsus fəaliyyəti həm də onun yaranış tarixi ilə bağlıdır. Öncə onu deməliyəm ki, 1946-cı ildən fəaliyyət göstərən Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakı Slavyan Universiteti yaradılmışdır. Bu gün Bakı Slavyan Universitetinin Bolqarıstan, Yunanıstan, Polşa, Çexiya, Belarus, Ukrayna, Rusiya və digər ölkələrin universitetləri ilə sıx əlaqələri, o cümlədən, tələbə-müəllim mübadiləsi mövcuddur; bu ölkələrin universitetləri ilə birgə beynəlxalq tədbirlərin keçirilməsinə, idarəetmə və tədrisdə elektron fəaliyyətin tətbiqi məsələlərinə son dövrdə daha çox diqqət verilir. Həyata keçirdiyimiz tədbirlərin əsas məqsədi bugünkü gəncliyi kamil vətəndaşlar kimi formalaşdırmaq, onların yiyələnəcəkləri peşəyə dərindən bələd olmalarına şərait yaratmaqdır.


Hər bir ali məktəbin səviyyəsi yəqin ki, ilk növbədə, onun hazırladığı kadrların səviyyəsi ilə ölçülür. Müəllimlərimiz çalışırlar ki, tələbələrimizin yüksək hazırlıq səviyyəsinə müasir təlim texnologiyalarının, yeni yanaşma və innovasiyaların geniş tətbiqi hesabına nail olsunlar. Həm də bu gün hər bir tələbəmiz çox yaxşı bilir ki, imtahanlarda qiymətləndirilmənin yeganə meyarı bilikdir. Buna görə də obyektivliyi, ədalətli qiymətləndirməni təmin etmək məqsədilə imtahanlar video-kameralarla, ağıllı lövhələrlə təchiz edilmiş auditoriyalarda keçirilir. Valideynlər evdən övladlarının imtahanlarını onlayn izləyə bilirlər. İmtahanda iştirak edən nəzarətçilər qeyri-ixtisas müəllimləridir. Yoxlama prosesində tələbələrə dərs deyən müəllimlərin özləri iştirak etmirlər. İmtahanların cavabları elə həmin gün universitetin saytına yerləşdirilir. Sessiya dövründə İmtahan qərargahı fəaliyyət göstərir, hər bir fakültənin nəzdində Münaqişə komissiyası, eyni zamanda, universitet üzrə Münaqişə komissiyası fəaliyyət göstərir. Qiymətlərindən narazı olan tələbələr bu komissiyalara müraciət edirlər. Tələbələrin valideynləri də komissiyaya müraciət zamanı İmtahan qərargahında iştirak edə bilirlər. Onlar imtahanların tam şəffaf, obyektiv keçirilməsinə əmin olurlar.

Universitetin hazırladığı kadrlar mövcud əmək bazarının tələblərinə cavab verir

Universitetimiz özünəməxsus və unikal ixtisaslar üzrə mütəxəssis hazırlığını həyata keçirir. Slavyan ölkələri üzrə regionşünaslar, slavyan dilləri üzrə tərcüməçilər, təhsil rus dilində aparılan Azərbaycan məktəbləri və məktəbəqədər təlim müəssisələri üçün məzunlarımıza ciddi ehtiyac duyulur. Biz məzunlarımızın əmək bazarında yer tutması üçün mütəxəssis hazırlığı məsələlərinə kompleks yanaşma tətbiq edirik. Təkcə tədris prosesinin müasir tələblər baxımından yüksək səviyyədə qurulması ilə iş bitmir. Keçən tədris ilində Tədris şöbəsinin bazasında Təcrübə və məzunların karyera inkişafı şöbəsini yaratdıq. Məqsəd əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı proqramlarını hazırlamaq, pedaqoji və istehsalat təcrübələrini yüksək səviyyədə təşkil etmək, baza müəssisələri, bizə maraqlı olan təşkilatlarla sıx əlaqələr formalaşdırmaqdır.




Bakı Slavyan Universiteti (BSU) 2020-2021-ci tədris ilinə hazırlıq işlərini uğurla başa çatdırıb. Belə ki, pandemiya dövründə distant (məsafədən) təhsilin təşkilində qarşıya çıxacaq çətinlikləri önləmək məqsədilə “Microsoft Teams” platformasından istifadədə çətinlik çəkən professor-müəllim heyətinin bəzi üzvləri müəyyənləşdirilib və onlar üçün xüsusi proqram əsasında onlayn formada təlimlər təşkil edilib. Təlimlərə avqustun 21-dən start verilib və 3 həftə müddətində aşağıdakı mövzular tədris edilib:
  1. Dərs cədvəllərinin qurulması;
  2. Akademik qrupların yaradılması;
  3. Test və açıq sual tipli tapşırıqların hazırlanması;
  4. Dərsin təşkili və idarə edilməsi;
  5. Elektron jurnal;
  6. Tədris fayllarından sinxron və asinxron istifadə işinin təşkili.
BSU-nun Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Təhminə Əskərovanın bildirdiyinə görə, təlimlər şənbə və bazar günləri istisna olmaqla, həftənin beş günü iki dəfə təşkil edilib. 258 nəfər müəllimin iştirak etdiyi təlimləri şöbənin əməkdaşı Nurlan Məmmədli aparıb.
Təlimlərlə yanaşı, hər bir modul üzrə həm tələbə heyəti, həm də professor-müəllim heyəti üçün yazılı təlimatlarla birlikdə, videotəlimatlar da hazırlanıb və “Youtube” video hostinqində yerləşdirilib.
Qeyd edək ki, BSU-nun rəhbərliyi professor-müəllim heyətinin daim müasir informasiya-kommunikasiya (İKT) texnologiyaları vasitələrindən istifadə bacarıqlarının inkişafını diqqət mərkəzində saxlayır və onlarn İKT biliklərinin təkmilləşdirməsi üçün mütəmadi tədbirlər həyata keçirir. Hazırkı təlimlər də “Elektron Universitet” layihəsinin Tədbirlər Planı çərçivəsində reallaşan prioritet məsələlərin tərkib hissəsidir.

Bakı Slavyan Universitetinə əcnəbi tələbələrin qəbulu davam edir



Bakı Slavyan Universitetinin (BSU) Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq göstərişinə əsasən 2020-2021-ci tədris ilində BSU-ya ali təhsilin bakalavriat və magistratura səviyyələrinə əcnəbi tələbələrin qəbulunun 30 sentyabr  2020-ci il tarixində yekunlaşdırılması nəzərdə tutulur. Hazırlıq şöbəsinə isə əcnəbi tələbələrin qəbulunun  15 oktyabr 2020-ci il tarixinə kimi aparılması nəzərdə tutulur.
Məlumat üçün bildiririk ki, əcnəbi tələbələrin qəbul prosesi 2 mərhələdən ibarətdir: sənəd qəbulu və müsahibənin keçirilməsi. Birinci mərhələdə əcnəbi vətəndaşlar BSU-nun rektorunun adına ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydalarının təsdiq edilməsi haqqında“ 1 may 2015-ci il tarixli 125 nömrəli Qərarında göstərilən sənədləri təqdim etməlidirlər. Həmin sənədlər Qəbul Komissiyasının üzvləri tərəfindən yoxlanılır.
İkinci mərhələdə müraciət edən əcnəbi vətəndaşlar rektorun sədrliyi və Qəbul Komissiyası üzvlərinin iştirakı ilə əyani müsahibədən keçməlidirlər. Müsahibə namizədin seçdiyi ixtisasa uyğun bilik səviyyəsini müəyyən etmək məqsədilə keçirilir.
Bu günə olan məlumata əsasən, BSU-ya  müxtəlif təhsil səviyyələrində təhsil almaq üçün dünyanın 11 ölkəsindən  40-dan çox əcnəbi vətəndaş müraciət edib.
Qeyd edək ki, əcnəbi vətəndaşların BSU-ya qəbulu və tədrisi ilə bağlı ətraflı məlumat universitetin rəsmi saytında Azərbaycan, rus, ingilis və türk dillərində yerləşdirilib.

Bakı Slavyan Universitetinin tələbələri “Xəzəri qoruyaq!” aksiyasında fəal iştirak ediblər


   
Ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları bir araya gələrək bütün dünyada qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində sentyabrın 19-da Bakı çimərliklərində “Xəzəri qoruyaq!” şüarı ilə təmizlik aksiyası keçirib.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq bütün aksiya iştirakçıları tibbi maska və antiseptik vasitələrlə təmin olunublar. Aksiya sosial məsafənin qorunması, o cümlədən Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə mövcud məhdudiyyətlər nəzərə alınaraq təşkil olunub.
Qeyd olunan tədbirdə Bakı Slavyan Universitetinin tələbələri də fəal iştirak ediblər. 



21-09-2020, 12:57
Вернуться назад