DataLife Engine / Şərəfli ömür yolu Cəfərov Əlişir Surxay oğlu - 63 yaş

Şərəfli ömür yolu Cəfərov Əlişir Surxay oğlu - 63 yaş

Bu gün Cəfərov Əlişir Surxay oğlu 63 yaşının qeyd edir. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Əlişir Cəfərovdur.

Əlişir Cəfərov heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Əlişir Cəfərov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir! Ona etibar edilən bütün işlərdə Əlişir Cəfərov özünü doğruldub. Bizdə İctimainezaret.tv rəhbərliyi və kollektvi olaraq, hörmətli Əlişir Cəfərovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
5-06-2021, 19:46
Вернуться назад