DataLife Engine / Kəlbəcərdə jurnalistlərin olduğu maşın minaya düşdü - ÖLƏNLƏR VAR

Kəlbəcərdə jurnalistlərin olduğu maşın minaya düşdü - ÖLƏNLƏR VAR

Kəlbəcərdə jurnalistlərin olduğu maşın minaya düşdü - ÖLƏNLƏR VAR


Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.
"Bu barədə AzTV sədri Rövşən Məmmədov məlumat verib.

“Baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!
Həmkarlarımız xatirələrimizdə işinin peşəkarı, mərd və cəsur şəxslər kimi qalacaqlar!”,  -deyə R. Məmmədov qeyd edib.

4-06-2021, 14:04
Вернуться назад