DataLife Engine / Süleyman Mikayılov çətin, məsuliyyətli və şərəfli vəzifəni vicdanla, böyūk peşəkarlıqla yerinə yetirir

Süleyman Mikayılov çətin, məsuliyyətli və şərəfli vəzifəni vicdanla, böyūk peşəkarlıqla yerinə yetirir


Qaradağ rayonunun Lökbatan, Müşviqabad və Sahil qəsəbələrində “Abad məhəllə” layihəsi üzrə işlər davam etdirilir



 Rayonun bütün qəsəbələrində əhalinin asudə vaxtının təşkili və səmərəli istirahətinin təmin edilməsi üçün abad məhəllənin salınması üçün yerlər ayrılır.
  Hazırda isə Lökbatan, Sahil və Müşviqabad qəsəbələrində növbəti abad məhəllələrin tez bir zamanda istifadəyə verilməsi üçün işlər gedir. Rayon ərazisində salınan abad məhəllələr Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınır.
  Ətraf ərazilər abadlaşdırılır, yeni yaşıllıq zolaqları salınır, abad məhəllədə kölgəliklər və uşaq meydançaları quraşdırılır. Ətrafda olan çoxmərtəbəli yaşayış  binaların fasadları və giriş qəfəsləri təmir edilir. Şüşələnmə və boyaq işləri görülür, binaların həyətində asfalt örtüyü salınır və küçə işıqları quraşdırılır. Binaların dam örtüyü də yenilənir.
   Hal-hazırda salınan abad məhəllələri qısa zamanda əhalinin istifadəsinə verilməsi planlaşdırılır.




Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov - Vaxtında atılan addımlar, verilən müdrik qərarlar, həyata keçirilən layihələr bir daha sübut edir ki, möhtərəm Prezidentimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Azərbaycan koronavirusa qarşı mübarizədə müsbət və inamlı nəticələr əldə edib


Hazırda dünyanın ən böyük problemi olan koronavirus pandemiyasının qarşısının alınması məqsədilə bütün dövlətlər qabaqlayıcı tədbirlər görür, virusun təsirinin azaldılması üçün addımlar atırlar. Ən inkişaf etmiş dövlətlərdə də koronavirus infeksiyasının yayılması sürəti göz qabağındadır. Azərbaycan dövləti isə əhalinin təhlükəsizliyi və sağlamlığının qorunması üçün effektiv, ən təxirəsalınmaz tədbirləri həyata keçirir. Bu olduqca təhlükəli virusdan Azərbaycan əhalisinin sağlamlığının qorunması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı görülən mühüm işlər uğurlu nəticələrini göstərməkdədir. Respublikamızın bütün bölgələrindən vətəndaşlarımız tərəfindən Prezident İlham Əliyevə ünvanlanan çoxsaylı minnətdarlıq məktubları bunu əyani təsdiq edir.

Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər müsbət nəticə verir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır.
Koronavirus xəstəliyi bundan sonra da nəzarət altında saxlanılacaq. Artıq üç həftədir ki, bu müsbət dinamika müşahidə edilir. İlk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq.
Həkimlərimizin çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub.
Eyni zamanda, nəzərə alsaq ki, xəstələrin sayı artmaqda idi və baxmayaraq, mövcud xəstəxanalar kifayət qədər imkanlarımızı genişləndirib, amma yeni xəstəxanaların tikilməsinə ehtiyac var idi. Bu məqsədlə modul tipli xəstəxanaların tikintisi təşkil edildi. Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilmişdir.
Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verildi, 1300 çarpayılıq xəstəxana isə bu ayın sonuna qədər istifadəyə veriləcək. Bu da əlavə 2100 çarpayı deməkdir. İki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsiməsələləri həll edildi, qısa müddət ərzində hazır vəziyyətə gətirildi.
İqtisadi və sosial məsələlər də öz həllini tapır. Sadəcə olaraq, son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülübdür. 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi.

Koronavirusla bağlı mübarizədəaddımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq. Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur. Bütün rəhbərlik fasiləsiz, demək olar ki, 24 saat ərzində iş başındadır.
Karantin rejimi nə vaxt mümkünsə yumşaldılacaq, necə ki, artıq ayın 5-dən yumşalma olubdur. Ancaq vətəndaşlar da gərək başa düşsünlər ki, əgər bu yumşalmadan sonra yenə də xəstəliyin kəskin artdığını görsək, başqa çarə olmayacaq, rejim yenə də sərtləşdiriləcək.
Müsbət dinamika karantin rejiminin yumşalmasına gətirib çıxarır. Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir.
Bu xəstəlik yoxa çıxmayıb. Ona görə xəstəliyə qarşı mübarizə aparılır. İkinci dalğa o halda ola bilər ki, xəstəlik yoxa çıxsın və ondan sonra hansısa yeni bir yoluxma mənbəyi üzə çıxsın. Ona görə bu məsələyə çox ciddi nəzarət olmalıdır.
Bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların sağlamlığıdır. Ondan sonra əhəmiyyət baxımından bizim iqtisadi vəziyyətimiz, iqtisadi inkişafımız, iqtisadiyyatın dayanıqlılığı və biznes dairələrinə göstərilən dəstək, postpandemiya dövrünə hazırlıq gəlir.
Bu, dünya üçün çox ciddi problemdir, bu gün dünyanın bir nömrəli bəlasıdır. Ona görə hamı məsuliyyətli olmalıdır. Əgər belə olsa, qısa müddət ərzində bu karantin rejimini daha da yumşaldıb normal həyata daha tez qayıtmaq mümkün ola bilər.

Vaxtında atılan addımlar, verilən müdrik qərarlar, həyata keçirilən layihələr bir daha sübut edir ki, möhtərəm Prezidentimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xalqının rifahı onun üçün hər şeydən üstündür. Təxirəsalınmayan genişmiqyaslı tədbirləri, ölkə başçısının uzaqgörən fəaliyyətini, respublikamızın hər bir vətəndaşına göstərilən diqqət və qayğını minnətdarlıqla alqışlayırıq.
11-09-2020, 14:50
Вернуться назад