“Bu, mənim erməni xalqına sözümdür” - Prezident

Gündəm / Siyasət 05-okt, 09:379 nara 245 0
“Bu, mənim erməni xalqına sözümdür” - Prezident


“Bir neçə gün əvvəl mən Ermənistanın hücumu nəticəsində yaralanmış Azərbaycan əsgərlərinə baş çəkdim və onlarla söhbət edərkən mən erməni xalqına müraciət etdim”.

Bu sözləri Prezident İlham Əliyev oktyabrın 4-də “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsində deyib.

“Mən başa düşdüm ki, onlar üçün mənim dediklərim adi bir şey deyil. Bu, bəlkə də onların eşitmək istədiyi yeganə şey deyildi. Çünki onlar az qala ermənilər tərəfindən öldürülmüşdülər və onların qarşısında əyləşərkən, onlara və bizim üçün belə qəhrəmanlar yetişdirmiş valideynlərinə minnətdarlığımı ifadə edərkən mən dedim ki, müraciətim həm də erməni xalqınadır. Öz hökumətinizi etdiklərinə görə məsuliyyətə cəlb edin, övladlarınızı Azərbaycana göndərməyin, öz övladlarınızı işğal olunmuş ərazilərə göndərməyin.

Bu gün qondarma “Dağlıq Qarabağ ordusu”nun 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Bu işğala son qoyun. Azərbaycan ərazisini tərk edin. Öz torpağınızda yaşayın və onda bizdə sülh olacaq. Biz yenidən Azərbaycan və erməni xalqlarının əvvəlki normal əlaqələrini bərpa etməyə çalışacağıq. Biz çalışarıq. Bu, asan olmayacaq, lakin biz çalışarıq qonşu olaq, yanaşı yaşayaq. Bu, necə deyərlər, mənim erməni xalqına sözümdür. Ermənistan hökumətinə deyəsi sözüm yoxdur. Mən onların nə etməli olduğunu artıq dedim. Əgər onlar atəşkəs istəyirlərsə, mən artıq dedim, bizim qarşımızda üzr istəyin, bizə çıxmaqla bağlı vaxt cədvəli verin, sadəcə sözlər yox ki, biz bunu dayandıracağıq və danışıqlar aparacağıq. Bu, işləməyəcək. Onların hansı ərazini nə vaxt azad edəcəkləri ilə bağlı vaxt cədvəli - birinci gün, ikinci gün, üçüncü gün. Bizim müqəddəs Şuşa torpağında öz bandası ilə rəqs etməklə və “Qarabağ Ermənistandır” deməklə azərbaycanlıların hissələrini təhqir etmiş Ermənistanın Baş Naziri üzr istəməli və deməlidir ki, “Qarabağ Ermənistan deyil”. Mənim sözüm budur”, - deyə dövlət başçısı əlavə edib.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr