Müşviq Məmmədov: Xalq-iqtidar bir yumruq kimi olanda belə zəfərlərin ardı gələcək

Gündəm / Cəmiyyət 08-okt, 11:439 xeberler2022 82 0

Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşviq MəmmədovAzərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir. İstər ötən il müharibənin gedişində, istər, müharibədən sonra Azərbaycan Prezidentinin xarici və yerli media orqanlarına verdiyi müsahibələrin, beynəlxalq tədbirlərdəki çıxışlarının, keçirdiyi görüşlərin Azərbaycan həqiqətlərini beynəlxalq miqyasda hansı dərəcə və keyfiyyətdə tirajlamasına şahid olmağımızdır.

Azərbaycanda xalq-dövlət birliyinin, milli həmrəyliyin mövcud olması Azərbaycan informasiya sahəsində də üstünlük qazandı və bu üstünlüyün qazanılmasında şəxsən Prezident İlham Əliyevin özünün çox müstəsna rolu oldu. Prezidenin hələ müharibədən öncəki dövrdə müxtəlif yüksək beynəlxalq tribunalardan Ermənistanın işğalçılıq siyasətini ifşa etməsi, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırması unudulmamalıdır. Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla debatlarda Azərbaycanın mövqeyini dəmir məntiqlə çatdırması “Dəmir Yumruğ”a gələn yol idi. Prezident Əliyev debatlarda çağdaş diplomatiyanın ən bariz örnəyini təqdim edərkən, erməni baş nazir bunun qarşılığında özünü itirir, olduqca zəif qalır, ciddi siyasi yanlışlıqlara yol verir və siyasi-diplomatik cəhətdən iflas edirdi.

“Dəmir Yumruq” və “Qarabağ Azərbaycandır” kimi məşhur ifadələri ötən ildən bu günə qədər təsirləndirici gücə sahibdir. Bu şanlı 44 günlük zəfərlə bağlı yüz illər keçəndən sonra tarixi, bədii kitablar yazılacaq. Çünki bu qələbə Azərbaycan xalqının haqqını, Azərbaycan ordusunun qəhrəmanlığını, ölkəmizin iqtisadi gücünü göstərdi.
 
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr