Əhməd Əhmədzadənin rəhbərliyi altında, xüsusilə son illər, bu qurumun fəaliyyəti bir sıra böyük uğur və nailiyyətlərlə əlamətdar olub

Gündəm / Cəmiyyət 13-yan, 13:459 admin 112 0

Vətən müharibəsi iştirakçılarının təltif olunanları arasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin işçiləri də var

about1
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin gərgin siyasi-diplomatik fəaliyyəti və rəhbərliyi nəticəsində şanlı ordumuzun Vətən müharibəsindəki möhtəşəm Qələbəsi hər birimizi sevindirir.
Bu qələbədə payı olanlar arasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin işçiləri də var. Belə ki, Vətən müharibəsində 226 meliorator torpaqlarımızın azadlığı uğrunda vuruşub, onlardan 17 nəfəri yaralanıb, 3 nəfəri isə qəhramancasına şəhid olub. Qəhrəmancasına döyüşən 226 nəfərdən 49 nəfəri Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən mükafata layiq görülüb. Bildirək ki, melioratorlardan 49 nəfəri ümumilikdə 66 ədəd medal və fəxri fərmanla mükafatlandılrılıb. Biz də bütün mükafat alan döyüşçülərimizi həm mükafat almaları, həm də Zəfər Bayramı münasibətilə təbrik edirik və şəhidlərimizə allahdan rəhmət diləyirik.
Qarabağ Bizimdir, Qarabağ Azərbaycandır!

Bu gün Azərbaycan üçün qarşıya qoyulmuş ən mühüm məqsədlərdən biri də iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq və iqtisadi inkişafın kənd yerlərinə daha çox yayılmasını təmin etməkdir. Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla iş yerləri ilə təminatda ən böyük pay sahibidir. Kənd təsərrüfatının ən önəmli sahələrindən biri isə əlbəttə ki, əkinçilikdir. Məlum olduğu kimi Azərbaycan kifayət qədər mürəkkəb relyefə və təbii iqlim şəraitinə malik olan bir ölkədir. Bu səbəbdən də respublikanın əksər ərazilərində əkinçiliklə məşğul olmaq, yalnız süni suvarmaların aparılması və müvafiq meliorasiya tədbirlərinin həyata keçirilməsi ilə mümkündür. Bu xüsusda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti də qarşıya qoyulan məqsədlərə çatmaq yönümündə xüsusi əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, ASC-nin sədri Ə.Əhmədzadənin rəhbərliyi altında, xüsusilə son illər, bu qurumun fəaliyyəti bir sıra böyük uğur və nailiyyətlərlə əlamətdar olub.

“Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
İlham Əliyev.


Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə - Azərbaycan mədəniyyətinin incisi olan, «Şərqin konservatoriyası» ,”Qafqazın sənət məbədi” adlandırılan Şuşa həmişə Azərbaycanın mədəniyyət mərkəzi olmuşdur. Şuşa şəhəri Şimali Azərbaycan ərazisində milli təfəkkürün, milli kimliyin formalaşdığı və bütün ölkəyə öz təsirini sirayət etməyə qadir mərkəz olmuşdur lap qədimdən. Artıq Şuşamız azaddır! Və tezliklə Şuşa əvvəlki kimi öz tarixi missiyası olan mədəniyyət mərkəzi obrazını bərpa edərək ,daha da gözəl bir şəhərə çevriləcək,dünayin hər yerindən gələn turistlərin diqqətini özünə cəlb edəcəkdir. Eşq olsun Azərbacan Əsgərinə, 2020-ci ilin yekununa "Nidanı" sən qoydun Azərbaycan əsgəri. Bu, o nidadir ki, Cənab prezident Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyev "Qarabağ Azərbaycandır və Nida" demişdi. 2020-ci ilin yekunu ifadəsinə boşuna diqqət çəkmədim. Bəlkə də 2020-ci ilin ən həyəcan verici cümləsini seçmək istəsək müharibə dövründə bu cümlə "Prezident İlham Əliyev xalqa müraciət edəcək" cümləsi olar. O anları yaşayarkən hər bir Azərbaycan vətəndaşının Cənab Prezident müraciət edən zaman ən vacib işlərini belə dayandırıb televiziya qarşısında necə həyəcanla müraciəti izləməsinin şahidi olmuşuq və o möhtəşəm anları birlikdə yaşamışıq. Bütün bu hadisələrin və müraciətlərin yekunu olaraq diqqətimizi Cənab Prezidentin 2020-ci ilin yekununa həsr olunan müşavirədəki çıxışa çəkmək istəyirəm.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edərkən bir sıra mühüm məqamları qeyd etmişdir. Cənab Prezident nitqi zamanı söyləmişdir ki, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi,düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi. Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Azərbaycanın dövlətinin gücü yürüdülən siyasət, iqtisadi uğurlar, xalq-iqtidar birliyi, hərbi qüdrəti, regionda oynadığı müsbət roldan qaynaqlanır. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik. Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, Ermənistan ordusu yoxdur. Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Bu Qələbə tarixdə əbədi qalacaq. Bu Qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan dövlətinin sözü ilə əməli arasında heç bir fərq yoxdur.
Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, dünyada kifayət qədər güclü erməni lobbisi olmasına, bir çox aparıcı dövlətlərin Ermənistanı dəstəkləməsinə baxmayaraq Azərbaycan dövləti öz vədini yerinə yetirdi. Bizim gücümüz, iradəmiz qarşısında Ermənistana verilən dəstək sıfıra bərabər oldu. Azərbaycan ordusu Ermənistan öz alçaldıcı məğlubiyyətini etiraf edib, diz çökdükdən, ağ bayraq qaldırdıqdan sonra dayanıb. Biz tarixi ədaləti bərpa etdik. Biz bütün dünyaya gücümüzü göstərdik. Azərbaycan müharibə aparılmasını tənzimləyən konvensiyalara, beynəlxalq humanitar hüquqa əməl edərək Ermənistan ərazisinə girmədi, dünyaya ədalətli, əxlaqlı orduya malik olduğunu göstərdi Biz özümüzü ermənilər kimi apara bilmərik, biz azərbaycanlıyıq, biz özümüzə hörmət edən xalqıq. Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi.
Prezident cənab İlham Əliyevin çıxışlarında dəfələrlə vurğuladığı və 30 il boyunca danışıqlar zamanı səslənən fikirlər tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, Azərbaycan münaqişəni istənilən yolla həll edəcək, fikirləri 44 günlük müharibənin nəticəsində öz təsdiqi tapdı. Prezident cənab İlham Əliyev çıxışındı müharibədən sonra 10 noyabr bəyannaməsinə görə bölgəyə yerləşdirilmiş sülhməramlıların funksiyasından və gördüyü işlərdən də danışdı. Cənab prezident vurğulayıb ki Sülhməramlı qüvvələrin Fransa nümayəndə heyətinin Qarabağa getməsinə icazə verməsi anlaşılmazdır. Ermənistan xarici işlər nazirinin Qarabağa qanunsuz səfərində sülhməramlıların rolu məsələsinə də toxunub. Ermənistanın xarici işlər nazirinin Xankəndidə nə işi var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Azərbaycana xəbərsiz edilən bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. Qırmızı Xaç istisna olmaqla, heç bir beynəlxalq təşkilat oraya gedə bilməz. Sülhməramlı qüvvələrin funksiyası noyabrın 10-da təsbit edildi. Sülhməramlıların humanitar işlərlə məşğul olması imzalanmış bəyanatda təsbit edilməsə də, Azərbaycan buna göz yumur. Çünki orada insanlar yaşayır, müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Dağlıq Qarabağda yaşayan insanlar bizim vətəndaşlarımızdır.Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar. Noyabrın 10-da imzalanmış bəyanat gələcək fəaliyyət üçün əsas olmalıdır. Bu bəyanatdan başqa, hər hansı bir digər sənəd imzalanmayıb. Çıxışdan da aydın olduğu kimi Cənab prezident böyük humanistlik göstərir və özü də göstərdiyi bu humansitliyin fərqindədir və haqlı olaraq vurgulayır ki "Biz bir çox hallarda humanistlik göstərmişik və Ermənistan tərəfi bunu qiymətləndirməlidir".
Bütün dünyaya bəllidir hətta ermənilərin özləri də çox gözəl bilirlər ki tarix boyu erməni dövləti mövcud olmasada erməni xalqı olub. Ermənilər haqqında böyük sərkərdə Teymur Ləngin, rus ədibi A. S. Puşkinin və bir sıra dünya miqyaslı tanınmış ədiblərin söylədikləri mənfi və eyni zamanda doğru fikirləri təkrarlamaq istəmirəm yeniləmək istəyirəm. Cənab Prezidentin "Biz özümüzü ermənilər kimi apara bilmərik, biz azərbaycanlıyıq, biz özümüzə hörmət edən xalqıq" deməsi erməniləri tam dolğun xarakterizə etməyə kifayət edəcək qədər müəkəmməl deyim olmasıyla yanaşı ermənilər haqqında söylənmiş mənfi sloqan kimi tarixlərdə uzun müddət qalacaq.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr