Bu gün Gəncə şəhərində hadisə yerində olduq. Qətər mülki əhalinin hədəfə alınmasının əleyhinədir. Qətərin mövqeyini bir daha ifadə edərək bildirirəm ki, biz qardaş ölkə olan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik”.
AZƏRTAC xəbər verir ki, bunu Qətər Dövlətinin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab oktyabrın 12-də Gəncədə jurnalistlərə açıqlamasında deyib.
Səfir bildirib ki, təkcə ərəb dövlətləri deyil, bütün sivil ölkələr mülki əhalinin hədəfə alınmasına qarşıdır:
“Biz illər boyu davam edən bu münaqişənin sülh yolu ilə həll olunmasını arzulayırıq”.