Polşanın Krakov şəhərində bir qrup erməni azərbaycanlı gənclərə silahlı hücum edib.
"Report" məlumatına görə, oktyabrın 5-də, axşam saatlarında şəhərdə əllərində Azərbaycan bayrağı ilə gəzən 4 azərbaycanlı gəncə 3 erməni yaxınlaşaraq nalayiq ifadələr işlədib.
Azərbaycanlıların reaksiyası mübahisəyə səbəb olub, əlbəyaxa dava düşüb.
Bu zaman ermənilərdən biri qaz tapançası çıxararaq atəş açıb və qaçıblar.
Xoşbəxtlikdən azərbaycanlılar arasında xəsarət alan olmayıb.