Çin və torpaqlarını özünə birləşdirmək istəyən Tayvan arasında gərginlik bitmək bilmir.
Çin dövlət mediası olan “Global Times” növbəti dəfə təhdid dolu yazılarla çıxış edib.
Məqalədə Çin ordusuna "hər an döyüşməyə hazır olmaq" əmri verilib.
Sözügedən xəbərlərdən sonra Tayvan ordusunun döyüş vəziyyətinə gətirildiyi bildirilir.
Çin mətbuatında yayımlanan xəbərdə Tayvanın “qiyamət”lə qarşı-qarşıya olduğu qeyd edilib.
Ancaq ekspertlər Tayvan ərazisinin coğrafiya mövqeyinə görə gerilla (xüsusi taktik-red.) müharibəsinə uyğun olduğu, müharibə baş verərsə, hər iki tərəfin ciddi itkilərlə üzləşəcəyi fikrindədir.
Xatırladaq ki, 1949-cu ildə Çin Kommunist Partiyasının Çində iqtidara gəlməsindən sonra Çan Kayşak liderliyindəki Çin Milliyətçi Partiyası (ÇMP) üzvləri Tayvana yerləşib. ÇMP üzləri 1912-ci ildə qurulan Çin Respublikasının iqtidarını adada davam etdirəcəyini açıqlayaraq müstəqilliyini elan edib. Tayvan təmsilçiləri 1971-ci ilə qədər BMT-də çini təmsil edib. Həmin ildə BMT-nin Pekin hökumətini Çinin yeganə qanuni təmsilçisi kimi qəbul etməsindən sonra Tayvandakı partiya üzvləri öz təsirini itirib. Bu gün Pekin hakimiyyəti Tayvanın öz torpaqları olduğu fikrini müdafiə edərək, Tayvanın dünya ölkələri ilə diplomatik münasibətlər qurmasına qarşı çıxır.
<embed width="640" height="360" src="https://player.olke.az?v=2994&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>