Taliban Əfqanıstanda işləyən qadınların müvəqqəti olaraq evdən çıxmaması gərəkdiyini açıqlayıb.
Xarici KİV xəbər verir ki, bu barədə Taliban sözçüsü Zabihullah Mücahid paytaxt Kabildə keçirdiyi mətbuat konransında deyib. O, bu qərarın qadınları qorumaq üçün verildiyini açıqlayıb:
“Təhlükəsizlik qüvvələrimiz qadınlarla necə davranmaq məsələsində təlim görməyib, bəziləri qadınlarla necə danışılacağını bilmir. Bu qərar qadınların pis münasibət görməsinin qarşısını almaq üçündür”.
Mücahid həmçinin müvəqqəti olaraq çölə çıxa bilməyən qadınların işdən çıxarılmayacağını və maaşlarının kəsilməyəcəyini söyləyib.
BBC-yə danışan bəzi qadınlar isə real vəziyyətinin Taliban rəsmilərinin açıqladığı kimi olmadığını bildirib. Qeyd olunub ki, çox sayda qadına iş yerlərindən çıxarılmaları ilə bağlı məlumat göndərilib və ya onlara işlərini kişi qohumlarına ötürmək tapşırılıb.