Yunanıstanda günlərdir davam edən meşə yanğınları nəzarət alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı “AFP” agentliyi yayıb.
Qeyd edək ki, Yunanıstanda meşə yanğınları çox sayda ərazini külə döndərib və baş verdiyi bölgələrə ciddi zərər vurub. Ölkə polisi meşələri bilərəkdən və ya ehtiyatsızlıqdan yandıran 118 nəfəri saxlayıb, nəticədə 18 nəfər həbs olunub.