Türkiyədə Ağrıdan İzmir şəhərinə gedənsərnişin avtobusu qəzaya uğrayıb.
Türkiyə mətbuatı sərnişin avtobusu Ankara-Uşak avtomagistralından keçərkən sürücü idarəetməni itirib.
Nəticədə avtobus dərəyə yuxarlanıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində avtobusdakı 47 sərnişindən 33-ü yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, bundan əvvəl Türkiyədə Balıkesir və İzmir şəhərlərində də sərnişin avtobusları qəzaya uğramışdı. Hadisə nəticəsində ümumilikdə 21 nəfər həlak olmuşdu.